Hadisə

Bakıda 14 yaşlı yeniyetmə dəm qazından zəhərlənib

Bakıda 14 yaşlı yeniyetmə dəm qazından zəhərlənib

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 2007-ci il təvəllüdlü Ağayeva Məhrub Mehman qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.