İcra hakimiyyəti binasının yaxınlığında YANĞIN
Bərdədə çoxmənzilli binada yanğın baş verib.
Hadisə Heydər Əliyev prospektində, rayon icra hakimiyyəti binasının yaxınlığında qeydə alınıb.
Əraziyə yanğınsöndürən briqada cəlb olunub. Ətraf binalardan əhali təxliyə edilib. Qonşu rayonlardan kömək üçün əlavə qüvvə çağırılıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən söndürülüb.