Vəzifəsini vicdanla yerinə yetirən MƏMUR - Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, vətəndaşı narahat edən problemlərə həssaslıqla yanaşılması, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə həyata keçirilən işlərin kökündə vətəndaş amili dayanır. Ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman ön planda tutulur.
Bu gün tam əminliklə qeyd edə bilərik ki, ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğı Qazax rayonunda da birmənalı şəkildə öz real əksini tapır. Bu, rayon rəhbərinin vətəndaş amilini hər zaman ön planda tutmasında, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasında özünü göstərir. 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov Qaymaqlı kəndində olub, sakinlərin subartezian quyusunun sıradan çıxmış matoru ilə bağlı müraciətini yerində araşdırıb. Quyunun mövcud vəziyyətini öyrənən idarə rəisi qeyd olunan məsələnin qısa bir vaxtda aradan qaldırılmasına nail olub.
Müraciətlərinə operativ şəkildə baxılmasına görə kənd sakinləri kollektivə razılıqlarını bildiriblər.
..Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.
Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov millətimizin yətişdirdiyi bir ziyalıdır. Alı müəllim sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.
Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovun böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!
O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov istər rəhbəri oldugu kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.
Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov bütün bölgədə belə xarakterizə olunur
Alı Hüseynov bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…
Alı Hüseynov yeganə idarə rəisidir ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab rəis” yox daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Alı Hüseynov ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…
Bəli, Qazax Sukanal sahəsi kollektivinin qazandıgı ugurlarda, eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsində Alı Hüseynovun əməyi böyükdür.
Biz də redaksiya olaraq bu çətin və şərəfli işdə Alı müəllimə və bütün koolektivə uğurlar arzulayırıq.
E.DİLBAZİ,
Hədəftv.info