Gündəm / İqtisadiyyat

Getdik, gördük və yazırıq - DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ

Getdik, gördük və yazırıq - DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ

Son günlərdə Azərbaycanda yaradılan ilk ticarət şəbəkələrindən olan “Neptun” marketlər şəbəkəsində baş verən neqativ hallar barədə bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə adı cəkilən marketdə olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.

Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən "Neptun" supermarketində faktiki olaraq vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, burada durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Bir az özünə əziyyət verib supermarketə təşrif buyurmaq kifayətdir. Yox, əgər bəzi həmkərlarım buraya gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün ədalətli mövqe lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.

Həqiqətən son vaxtlar "Neptun" supermarketində həmişə olduğu kimi, qaynar həyat hökm sürür. Yaxınlaşıb marketin satıcıları ilə həmsöhbət oluruq. Onlar deyir ki, hər gün bura minlərlə insanın gəlir, bahacılıq, aldatma halları olsa "Neptun" özünə bu qədər müştəri qazana bilərmi?! Gördüyünüz kimi, supermarketdə qələbəlikdir, iynə atsan, yerə düşməz. Hər gün belə davam edir. Supermarketin rəhbərliyi qiymətlərin daha ucuz olmasında maraqlıdır. Həm əhalini düşünür, həm də bazar qiymətlərinin ucuz olmasını göstərməklə daha çox müştəri cəlb etməyə çalışır. Həm xaricdən idxal olunan, həm də ölkə daxilində istehsal olunan məhsulların qiymətlərinə nəzarət var. Supermarket öz imicini düşünür. Təbii ki, bu cür siyasət vətəndaşlara sərf edir.

Öyrənirik ki, “Neptun” marketlər şəbəkəsinin də qoşuldugu “Soliton Group” şirkəti operativ və keyfiyyətli xidmət göstərməkdə olan geniş diler şəbəkəsini yaradıb. Şirkətin geniş diler şəbəkəsi Azərbaycanın bütün bölgələrini əhatə edir. Nəticədə bütün bunlar şirkətin elektronika və məişət texnikası bazarında öndə olduğuna dair bir sübutdur. Müştərilərə müasir tələblərə cavab verən və işlərinizi asanlaşdıran məişət və elektronika məhsullarını təklif etməklə bərabər, şirkət onlara yeni servis xidmətlərinin göstərilməsi üçün daim araşdırmalar və tədqiqatlar aparmaqdadır.

Ancaq bəzi KİV nümayəndələri nədənsə agı qaradan secməkdə maraqlı deyil. Onlara xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədə yazdırır. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, “Neptun”un sahibi olan Bağırov qardaşları ölkə ictimaiyyəti tərəfindən hörmətlə qəbul edilir. Çünki onlar bu yüksəkliyə uzun illərin zəhməti sayəsində gəlib catıb. Çünki onlar, oliqarx deyillər və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıblar. Mübarizə apardığı bir sahə olub, o da qurduqları bu şirkətdir ki, bu sahədə də ən böyük uğur qazanıblar. Bu uğur coxsaylı kollektivə məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. .

Bir də görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” coxsaylı müştəriləri əvəz edə bilməz. Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...


korrupsiya.com

Oxşar xəbərlər