Qalmaqallı şirkət TOPLANTI ÇAĞIRDI - TƏFƏRRÜAT
6 iyul 2024-cü il saat 12.00-da “İsmayıllı Tikinti - 27” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Dia-az.İnfo xəbər verir ki, iclasın gündəliyindəki məsələlər aşağıdakılardır:
1. 2023-cü ilin maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi.
2. Səhmdarlara dividendlərin verilməsi. Səhmdarların iştirakı vacibdir.
Telefon-055-347-80-89.
Ünvan- İsmayıllı şəhəri, Mübariz Orucov küçəsi 100.
Dia-az.İnfo xəbər verir ki, bu şirkətin adı keyfiyyətsiz beton satmaqda hallanır. Bu fakt yerli mediada da tirajlanıb. Vüsal Həsənov adlı şəxs iddia edib ki, “İsmayıllı Tikinti-27” ASC ona keyfiyyətsiz beton satıb. Vüsal Həsənov dediklərini əsaslandırmaq üçün bununla bağlı video da paylaşıb.
Şirkətlə bağlı rüşvət qalmaqalı da yaddaşlardan silinməyib. Bu olay 2018-ci ildə baş verib. İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İş üzrə Faiq Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Faiq Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi onun cəzasını 6 ilə endirib.