Dünya

İsrail ordusu Qəzzada 500-dən çox hədəfi zərərsizləşdirib

İsrail ordusu Qəzzada 500-dən çox hədəfi zərərsizləşdirib

İsrail ordusu ötən gecə Qəzza zolağında HƏMAS və “İslami-Cihad” qruplaşmalarının radikallarına məxsus 500-dən çox hədəfi zərərsizləşdirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ordunun Mətbuat xidməti yayıb.
Ətraflı

Bildirilir ki, gecə ərzində İsrail ordusunun qırıcıları və helikopterləri, eləcə də artilleriyası qruplaşmaların 500-dən çox obyektinə zərbələr endirib.

“The Times of Israel” qəzetinin məlumatına görə isə, hazırda İsrailin cənubunda 6 hissədə, Qəzza zolağında sərhəddə radikallarla döyüş davam edir.