Bölgə

Kürdəmir sakini övladına aliment verməkdən boyun qaçırdır

Kürdəmir sakini övladına aliment verməkdən boyun qaçırdır



Göyçay rayonu Yalman kənd sakini Xəlilova Lalə Əlsurət qızı tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ



Yazaraq bildirmək istəyirəm ki, mən Göyçay rayonu Yalman kənd sakini Xəlilova Lalə Əlsurət qızı Kürdəmir rayonu Qarabucaq kənd sakini Manafov Səxavət Çingiz oğlu ilə ailə həyatı qurmuşdum. Onunla birgə nigahdan 15.05.2018-ci il təvəllüdlü Manaflı Türkan Səxavət qızı dünyaya gəlib. O, mənə və övladımıza biganə münasibət bəsləyirdi. Qəsdən heç yerdə işləmirdi. Ailənin təlabatını ödəməkdən boyun qaçırırdı. Tez-tez aramızda ailə münaqişəsi yaranırdı. Məhz ona görə də rəsmi nigahın pozulması üçün məhkəməyə müraciət etdik. Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun sədrliyi ilə keçirilən məhkəmə prosesində rəsmi nigahın pozulması, birgə nigahdan dünyaya gələn 15.05.2018-ci il tarixdə anadan olmuş Manaflı Türkan Səxavət qızının mənim yanımda qalması və eyni zamanda yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutaraq mənə verilməsi haqqında qərar qəbul edildi. 06.03.2023-cü il tarixdən hesablanması qeyd olundu. Lakin Səxavət Çingiz oğlu Manafov alimenti ödəməkdən boyun qaçırır. "Mən aliment ödəməyəcəm. Get, kimə şikayət edirsən, et", -deyir. Təəssüflər olsun ki, İcra və Probasiya şöbəsi də alimentin hər ay ondan tutularaq mənə ödənilməsi üçün səy göstərmir. Hansıki dövlət məmuru olaraq onlar öz vəzifə borcunu yerinə yetirməlidirlər. "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, icra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".
Hörmətli cənab Prezident! Nəzərinizə çatdırım ki, hazırda özüm işsizəm. Azyaşlı qızımla birlikdə qohum-əqrəbaların evində qalırıq. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin VI-ci bəndində "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir" - bildirilməkdədir.
Sizdən azyaşlı övladının himayədarı olan çarəsiz ana olaraq çox xahiş edirəm, yığılıb qalan və hər ay ödəniləcək alimentin gecikdirilmədən ödənilməsi üçün tapşırıq verəsiniz. Ümid edirəm ki, övladımın haqqı bərpa ediləcəkdir. Sizə öncədən təşəkkürlərimi bildirirəm.

İmza;L. Xəlilova

Tel; 0514432181