Ana səhifə   |    Haqqımızda   |    Reklam

Şəki sakini ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

Bölgə
21 Kas 2022
09:14
Şəki sakini ÇARƏSİZ DURUMDA - MÜRACİƏT


Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və yaşayan Salamov Baba Məmmədiyə oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən,Salamov Baba hazırda 30 ildir ki, 7 övladımla birlikdə 1 otaqlı uçuq bir daxmada yaşayıram.Yəni, 9 nəfərdən ibarət ailənin uzun müddət. Ilin bütün fəsillərində 1 otaqlı uçuq evdə yaşamasının nə demək olduğun izah etməyə ehtiyacı yoxdur.Evimizin yaxınlığında olan kiçik bir torpaq sahəsində dirrik məhsulları, meyvə-tərəvəz əkib birtəhər acından ölməmək üçün yaşayırıq. Evimiz düz kəndimizin girəcəyindədir. Hər dəfə kəndimizə gələn rəhbər qonaqları çalışmışam ki, daxmada yaşadığımız vəziyyəti göstərib bir köməkli etməsini xahiş edim. Bəziləri adamı heç saymır, bəziləri isə yalandan vəd verib, tələsik qapımdan çıxıb gedirlər. Həyat yoldaşım Mehparə də, mən də bu günə kimi bir maaş gələn işdə işləməmişik. Elə bu gün də evimizə bir qara qəpik də girmir. Sağ olsunlar yaxşı qonşuları və xeyirxah insanları. Ailəmin ağır dolanacaq vəziyyətini görüb əl tuan da olur, məsxərəyə qoyub gülənlər də.
Bir kəndli olaraq ömür boyu arzusunda olduğum mal-heyvan saxlaya bilməmişəm. Heç tövləm də olmayıb. Amma birtəhər toyuq-cücə saxlaya bilirəm. Mən Salamov Baba Məmmədiyə oğlu 7 uşaq atası kimi iş olanda sevincək gedib kiminsə qapısında nökərlik edirəm ki, axşama evə bir parça çörək aparım.
Budur, 2020-ci ilin iyun ayının 7-də Kəndimizin yuxarı dağlarından gələn sel suları evimi və həyətimi basdı. Ailəmi götürüb qaçdım. Evimin zirzəmisinə və kiçik həyətimə çay daşları doldu. Həyətdə olan bütün qab qacağı, təsərrüfat avadanlıqlarını və 30 baş toyuq -cücələr məhv oldu.
FHN-nin Şimal-Qərb Regional İdarəsindən 5-6 gündən sonra hadisə baş vermiş yerə gəlib ölçüb biçdilər. Mütəxəssislər dəymiş ziyanı hesablayıb mənə bildirdilər ki, narahat olma, Maliyyə Nazirliyi tərəfindən sənə kompensasiya ödəniləcək. İndi bu hadisədən 2 il 5 ay keçsə də heç kim maraqlanmır. Heç bir təşkilatdan mənə dəymiş ziyan ödənilmədi. Mən də iqtisadi vəziyyətim əvvəlkindən də pis günə düşdü.
İndi düşünürəm ki, son ümidim yeri kimi Cənab Prezidentə müraciət edim. Bilirəm ki, o çox xeyirxah insandır. Mən də həmişə hər səsvermədə camaatımızı ona səs verməyə dəvət etmişəm. Və inanmışam ki, bir gün cənab Prezident mənə də köməklik edə bilər. Odur ki, Dövlətimizin başçısısından xahiş edirəm ki, mənim 9 nəfərlik ailəmin yaşadığı 1 otaqlı uçuq daxmasının seldən zərər görmüş hissəsinin , həyətimin və əmlaklarıma dəymiş ziyanın ödənilməsi üçün göstəriş verəsiniz. Allah amanında".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...