Bölgə

Tərtərdə törədilən qətllə bağlı cinayət işi açılıb

Tərtərdə törədilən qətllə bağlı cinayət işi açılıb

Tərtər rayonunda törədilən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə rayon porkurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 23-ü saat 18 radələrində Tərtər rayon sakini 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Həmçinin, mübahisə zamanı Aqil Süleymanov da bıçaq xəsarətləri aldığından Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdir.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.