Uşaq dünyaya gətirən 11 yaşlı ananın və körpəsinin vəziyyəti necədir?
Uşaq dünyaya gətirən İmişli rayon sakini olan 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır.
Bu barədə Unikal.org-a Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsindən bildirilib.
Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.