Xırdalanda ər 22 yaşlı arvadını öldürdü
Xırdalanda 30 yaşlı kişi 22 yaşlı həyat yoldaşını qətlə yetirib.
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı inayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İstintaq tədbirləri davam etdirilir.