Hadisə

Azərbaycanda bağça müdirinə cinayət işi AÇILDI

Azərbaycanda bağça müdirinə cinayət işi AÇILDI

Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılmışdır.

Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırma ilə qeyd edilən körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.