İsmayıllıda tikinti-quruculuq işləri davam edir - Fotolar
Ölkəmizin yenicə müharibədən çıxması eləcə də pandemiya dövründə iqtisadiyyat sahəsində baş verən geriləmələri nəzərə alsaq, bölgələrdə hansı vəziyyətin olmasını təsəvvür etmək elə də çətin deyil.
Ancaq bütün bunlara baxmayaraq rayonumuzda tikinti-quruculuq işləri davam edir. İsmayıllı şəhəri Babək küçəsinin əvvəlki vəziyyətini yəqin ki, hər bir kəs xatırlayır. Hazırda Babək küçəsi tamamilə təmir olunub və artıq tamamlama işləri aparılır. Qeyd olunan küçədə divarlara həkk olunmuş rəsm əsərləri insanı sankı nağıllar aləminə aparır. Yeni quraşdırılan səkilər və sair. Yəni bütün bunlar insanların rahatlığı üçün nəzərdə tutulmuşdur. Eləcə də rayonumuzda ayrı-ayrı yerlərdə də yeni asfaltlanma, küçələrin təmir olunması və sair işlər də görülür. Növbəti yazımızda həmin əraziləri də geniş oxucu auditoriyasına təqdim edəcəyik.
Kendtv.info olaraq biz də rayon rəhbərliyinə bu işdə dəstək olduğumuzu bəyan edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Kendtv.info