Bölgə

İsmayıllının Topçu kəndində sakinlərlə görüş keçirilib.Fotolar

İsmayıllının Topçu kəndində sakinlərlə görüş keçirilib.Fotolar


Rayon icra hakimiyyəti başçısı bir qrup Topçu kənd sakinləri ilə görüşüb.Mövcud pandemiya qaydalarına uyğun keçirilən görüşdə kənd sakinləri dinlənilib, problemlərinin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.
Rayon rəhbəri çıxış edərək bildirib ki, kənd gözəl təbiəti, bərəkətli torpaqları,mehriban insanları ilə seçilir.Topçu kəndinə turistlərin cəlb olunması üçün geniş imkanlar mövcuddur.Bu imkanlardan istifadə edərək burada kənd turizmini inkişaf etdirə bilərik.O, həmçinin bildirib ki, bu işdə gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq və gənc ailələri kənd turizminin inkişafına cəlb etməklə onların maddi rifahına yardım göstərmək olar.Bunun üçün bu sahədə maarifləndirmə işlərini geniş həyata keçirmək lazımdır.
RİH başçısı Topçu kəndində yeni istehsal müəssisəsinin-"Coca-Cola" zavodunun tikintisinə başlanılacağını vurğulayıb.Qeyd edib ki,məşğulluğun təmin olunması,eləcə də, rayonun inkişafına təkan verən,bir çox məqsədlərlə həyata keçiriləcək layihə kənddə də işsizliyin aradan qaldırılmasına səbəb olacaqdır.Layihə çərçivəsində 900 nəfərə yaxın iş yerinin açılmasının nəzərdə tutulduğunu kənd camaatının diqqətinə çatdırıb.
Kənd sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin İsmayıllıda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki,01 fevral 2021-ci il tarixində Azərbaycan respublikasının iqtisadiyyat nazirliyi ilə "Azərbaycan Coca-Cola Bottlers Limited" MMC arasında Azərbaycanda iqtisadi sabitliyin, əlverişli biznes mühitinin və ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi üçün yönəlmiş siyasətin nəticəsi olaraq anlaşma memorandumu imzalanmışdır.Memorandumda İsmayıllı rayonunun Topçu kəndində yeni zavodun tikintisi nəzərdə tutulub.


İsmayıllının Topçu kəndində sakinlərlə görüş keçirilib.Fotolar
İsmayıllının Topçu kəndində sakinlərlə görüş keçirilib.Fotolar
İsmayıllının Topçu kəndində sakinlərlə görüş keçirilib.Fotolar

Oxşar xəbərlər