Muxtar Babayev Ana Təbiətə BABALIQ EDƏ BİLMƏDİ... - BU DA FAKT!!!
Xəbər portalı olaraq apardığımız araşdırma zamnı etibarlı mənbədən verilən məlumatda bildirlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nazirliyin əraziyə təhkim edilmiş olan Tovuz 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qanunsuz balıq ovuna görə hər ay müəyyən məbləğdə haqq alır.
Hazırda isə Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin rəisi işdən çıxarıldığından su hövzələri nəzarətsiz qalıb. Necə deyərlər “dərə xəlvət, tülkü bəydir”.
Hər ilin May ayının 1-dən balıq ovuna moratorium qüvvəyə minir-Nazirliyin bu qadağasına əməl edilirmi?
Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2022-ci il tarixindən balıq ovuna moratorium qüvvəyə minir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcəyini bildirsədə bütün yay mövsümü bu qadağaya riayət edilirmi? Əsla yox!
Bütün bazarların piştaxtalarında yay mövsümü hər yerdə balıq əlindən tərpənmək olmur.
Xidmət rəisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd etsəsə bir nəfər belə bu mövsüm ərzində məsuliyyətə cəlb edilibmi?
Sonda İnanırıq ki, ETSN-nin və Nəqliyyatda Baş Polis İdarəsinin bu sahəyə məsul olan vəzifə sahibləri kür çayı hövzəsində baş verən bioloji soyqrımı durduracaqlar.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Kür çayı hövzəsindən çəkilmiş videomaterialı təqdim edirik:
Dünyanınsəsi.Az