Şou-biznes

TV-də verilişə çıxmağa hazırlaşan xanəndənin halı pisləşdi - AÇIQLAMA

TV-də verilişə çıxmağa hazırlaşan xanəndənin halı pisləşdi - AÇIQLAMA

Əməkdar artist, tanınmış xanəndə Cabir Abdullayevin səhhəti pisləşib.

Bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib.
Onun sözlərinə görə, bu səhər dəvət aldığı ARB TV-nin pilləkənlərini çıxanda özünü pis hiss edib:

"Verlişə çıxacaqdım. Qəfildən halım dəyişdi, hiss etdim ki, təzyiqim qalxıb. Nə qədər özümü toparladımsa, olmadı. Bir də verilişin sonunda efirə çıxa bildim”.