Şou-biznes

"Cabbar Musayevin icazəsi olmasa etmərəm"

"Cabbar Musayevin icazəsi olmasa etmərəm"

Əməkdar artist Könül Kərimova duet ortaqlarını tərəf müqabili Cabbar Musayevin seçdiyini açıqlayıb.

korrupsiya.com xəbər verir ki, müğənni bu haqda "Həmin Zaur" proqramında danışıb. O bildirib ki, C.Musayev icazə verməsə, həmin şəxslə duet oxumaz:

"Onun rəyi, icazəsi və imzası ilə duet oxumuşam. Heç birini özbaşıma seçməmişəm. Namiq Qaraçuxurlu ilə duetimiz də Cabbar tərəfindən məsləhət olub. Artıq yorulmuşam, heç kimlə duet oxumaq istəmirəm".