Bölgə

Şamaxıdakı zəlzələnin hər hansı fəsadı olubmu?

Şamaxıdakı zəlzələnin hər hansı fəsadı olubmu?

Şamaxıda baş verən zəlzələ nəticəsində hər hansı fəsad qeydə alınmayıb, xəsarət alan yoxdur.

Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, bu gün Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində zəlzələ baş verib.Yeraltı təkanlar yerli vaxtla saat 16:46-da qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.