Sosial

"Kontakt Home" zər tutur: "Şeş-qoşa" kampaniyasının gizlədilən şərtləri

"Kontakt Home" zər tutur: "Şeş-qoşa" kampaniyasının gizlədilən şərtləri

"Kontakt Home" mazağalar şəbəkəsi alıcıları aldadır.

AFN.az xəbər verir ki, bununla bağlı jurnalist Həbibə Abdulla bildirib: "Mağazalar şəbəkəsinin "Şeş-qoşa at, avtomobil apar" kampaniyasında avtomobil uduşunda iştirak etmək üçün minimum 300 AZN-lik alış-veriş edilməsi tələb olunur. Amma bu haqda müvafiq reklam materiallarında açıq məlumat verilmir. Nə audio, nə vizual, nə də yazılı reklamlarda belə bir şərtin mövcudluğu haqda bildirilmir. Mən özüm bir neçə gün əvvəl mağazadan alış-veriş etdim, dedilər yaxınlaşıb uduşda iştiak edə bilərsiz, yaxınlaşdım, onda bildim ki, şeş-qoşa atmaq şansı yalnız 300 AZN-dən yuxarı alış-verişlərə şamil edilir. 300-ə qədər alış-veriş edənlərə isə bir neçə dəfə şeş-qoşa atdırandan sonra hansısa güzəşt edirlər. Sözün düzü, bu, diqqətimi cəlb etdi, çünki hər addımda "Kontakte Home"un reklamları gözümüzü deşir ki, bizdən alver edin, şeş-qoşa atın, avtomobil qazanın. Başa düşüləndir, hər alış-veriş edənə bu şans yaradılsa, uduş tez-tez olar, bunun üçün gərək şəbəkə xeyli xərcə düşsün. Amma bunu reklamlarda gizlətmək düzgün deyil. Mən müvafiq reklamları araşdırdım və məlum oldu ki, bu barədə ancaq və ancaq bir neçə kliklə daxil olunan dərin linkdə məlumat verilir. Bir sözlə, "Kontakt Home" zər tutur".

PR mütxəsəssislər də bildirirlər ki, bu hal qaydalara uyğun deyi. PR üzrə mütəxəssis Vüqar Baba AFN.az-a açıqlamasında qeyd etdi ki, müştərisinə hörmət edən müəssisə qəliz ifadələr işlədərək və məlumat çatımlılığını çətinləşdirməklə onun kampaniya barədə ətraflı məlumat almasını məhdudlaşdırmamalıdır: "Əksinə, bütün reklamlarında şərti açıq-aydın kommunikasiya etməlidir. Sizin sorğunuzdan sonra mən də reklamlarda, sosial media səhifələrinə və saytlarına baxdım, avtomobil uduşunda iştirak etmək üçün məbləğə minimal limit barədə məlumat görmədim. Yalnız "Google"da axtarış edəndə kontaktın saytında bu badə məlumat görünür və "Kontak.az" saytına yönəldir. Bu yönəldilmiş səhifəni isə sayta müstəqil daxil olub tapmaq mümkün deyil. Bu, gizlədilmə cəhdi kimi görünür".

Mövzu ilə bağlı "Kontakt Home"un mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab verilmədi.

AFN.az