'Kontakt Home' köhnə telefonu təzə adı ilə... SIRIYIR...
"Bu "Kontakt Home" ilə necə başa çıxaq? Atam üçün rayon filialından telefon almışam. Atam da yaşlı adamdı. Bir müddət sora qurdalayanda telefondan kiminsə şəxsi şəkilləri çıxdı..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "Heç 2 gün keçmədi kişi dedi ki, bunun "wifi"ı da işləmir. Yoxladım, gördüm həqiqətən işləmir. Gərək modemin üstünə qoyasan ki şəbəkə tuta. 5 metr uzaqlaşan kimi şəbəkə itir. Kiminsə şəxsi şəkilləri çıxmağından tutdum ki kimsə alıb, "wifi" probleminə görə qaytarıb. Bəxtimdən həmən telefonu da çox güman mən almışam. Əlqərəz, özüm işdən çıxa bilmədim deyə atamdan göndərdim ki dəyişsinlər. Deyiblər ki, yox, 14 gün keçib, dəyişə bilmərik, birinci servisə getməlidi. Göndəriblər. Dünən telefon gəlib. Getmişəm bu gün götürməyə, əməkdaşları deyir ki telefonda nasazlıq olmayıb. Dəyişə də bilmərik. Servis sənədə də elə yazıb. Ki guya problem yoxdur. Amma baxıram ki "wifi" problemini düzəldiblər.
Deyirəm ki, qardaş, bu telefonu kimsə işlədib əvvəl, dəyişmək istəyirəm. Deyirlər, mümkün deyil. Filialın əməkdaşının da günahı yoxdu. Sadəcə bu "Kontakt Home"un başda oturanları camaatın canına yağı kəsilib. Gəlin cavab verin, görək, mən indi kiminsə alıb qaytardığı telefonu niyə işlətməliyəm, ay "Kontakt Home"????!!!!!"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...