Sosial

Əmlak Məsələləri Dövlət Xidməti Taleh Bəşirovla yollarını ayırır... - Belə deyirlər...

Əmlak Məsələləri Dövlət Xidməti Taleh Bəşirovla yollarını ayırır... - Belə deyirlər...

"Artıq bir ilə yaxındır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovun törətdiyi qanunsuzluqlar, əmlak maxinasiyaları ilə bağlı ölkə mətbuatında silsilə yazılar yer almaqdadır. Bu məlumatların hər birində şöbə müdirinin dövlət əmlakını necə taladığı, hamam suyu ilə özünə necə dost tutduğu öz əksini tapıb". Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra iddia olunur: "Taleh Bəşirov haqqında mediada yer alan məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyində də ciddi narahatlığa səbəb olub. Etibarlı mənbədən daxil olan məlumata görə, Xidmət rəhbərliyi hesab edir ki, onlar üçün davamlı başağrısına çevrilən Taleh Bəşirovla xudafizləşmək vaxtıdır. Rəhbərliyin fikrincə, bu, şöbə müdiri və onun mediada doğurduğu mənfi ictimai rezonansdan qurtulmağın ən yaxşı yoludur.

Bütün bunları nəzərə alan Xidmət rəhbərliyinin yaxın vaxtlarda Taleh Bəşirovla vidalaşacağı gözlənilir. Lakin Xidmət rəhbərliyində təmsil olunan bəzi şəxslər hesab edir ki, Taleh Bəşirovun sadəcə işdən uzaqlaşdırılması yetərli olmaya bilər. Belə ki, bəzi yetkililər hesab edir ki, şöbə müdiri öncə törətdiyi qanunsuzluqlara görə cavab verməli, etdiyi əməllərə görə cəzalandırılmaldır. Çünki işdən çxıarılmağı onu etdiyi qanunsuzluqların məsuliyyətindən azad etmir. Bu mənada Taleh Bəşirovun sadəcə işdən qovulacağı, yoxsa həm də məsuliyyətə cəlb ediləcəyi indiki məqam üçün mübahisə predmeti olaraq qalır.

Mənbə bildirir ki, vəziyyətin kritikliyi Taleh Bəşirova da yaxşı məlumdur. Bu səbəbdən də şöbə müdiri son bir ayda dostluq əlaqəsində olduğu bütün iri ranqlı məmurlara müraciət edərək ona kömək etmələrini istəyib. Lakin görünən odur ki, kimsə Taleh Bəşirova kömək etməklə batmaqda olan gəmidə yer almaq niyyətində deyil. Bu isə o deməkdir ki, Taleh Bəşirov etdiyi bütün ciddi-cəhdlərə rəğmən qanunsuz yolla əldə etdiyi hər qəpik vəsaitin hesabını verməli olacaq".(Dia-az.info)