Gündəm

Taleh Bəşirov bu rayonu“diri” satır...

Taleh Bəşirov bu rayonu“diri” satır...

Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri, respublikanın qara
yarasına çevrilən Taleh Bəşirov öz qanunsuz əməllərini davam etdirməkdədir. Dövlət torpaq
fonduna məxsus əraziləri məmur-oliqarxlara, onların yaxın qohumlarına “münasib qiymətə”
peşəkəş edən bu şəxs, hal-hazırda Qaradağ rayonunda böyük əraziləri özəlləşdirməkdə, bundan
milyonlarla manat məblğində vəsait qazanmaqdadır.
Taleh Bəşirov bu işdə Qaradağ Rayon icra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla əlbər
hərəkət etsə də, bu məsələdə əmlak məmuru daha çox müxtəlif nazir, nazir müavinləri ilə hərəkət
etməkdədir. Taleh Bəşirov Qaradağda daha çox dənizə yaxın ərazilərin özəlləşdirilməsini təşkil
edir ki, bu da həmin ərazilərin daha baha qiymətə satılması ilə bağlıdır.
İşin ən arzuedilməz tərəfi isə ondan ibarətdir ki, Taleh Bəşirov dövlət torpaq fonduna daxil olan
elə strateji əraziləri satır ki, bu, dövlətin mənafeyinə, onun iqtisadi maraqlarına ziddir. Çünki
Taleh Bəşirovun satdığı bu əraziləri sabah müxtəlif dövlət qurumları müxtəlif sahibkarlardan
icarə olaraq götürüb istifadə etməli olacaq ki, bu da dövlət üçün mütəmadi maddi itki deməkdir.
İnanırıq ki, əlaqdəar qurumlar Taleh Bəşirovun Qaradağı “diri” satmaq cəhdininq arşısını alacaq,
Bu rayuonda aparılan icarə və özəlləşdirmə işlərini araşdıracaqlar. Gələn sayımızda Taleh
Bəşirovun Qaradağda satdığı, özəlləşdirdiyi torpaqlar, onların yeri və miqyası haqında dəqiq
məlumat verəcəyik.