Sosial

Naxçıvanda uşaqlar oğurlanır? - Rəsmi açıqlama

Naxçıvanda uşaqlar oğurlanır? - Rəsmi açıqlama

Naxçıvan Muxtar Respublikasında uşaq oğurluğu hallarının olması barədə məlumatlar yayılıb.

Vatsap vasitəsilə insanlara uşaq oğrularının olduğu ilə bağlı təşviş yaradan məlumatlar göndərilib. İddia olunur ki, Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Göndərilən mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.

Məsələyə Naxçıvan MR Daxili İşlər Nazirliyindən münasibət bildirilib. Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır: “Uydurma məlumatı yayan şəxs və ya şəxslər müəyyən edilərək məsuliyyətinə cəlb ediləcək”.
Naxçıvanda uşaqlar oğurlanır? - Rəsmi açıqlama
Naxçıvanda uşaqlar oğurlanır? - Rəsmi açıqlama


“Qafqazinfo”