Bölgə

Şabranda körpələr evi-uşaq bağçası ilə bağlı məlumatlar araşdırılır - Təhsil Nazirliyi

Şabranda körpələr evi-uşaq bağçası ilə bağlı məlumatlar araşdırılır - Təhsil Nazirliyi Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən bildiririk ki, hazırda məsələ araşdırılır.
Bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz verilən qida ilə bağlı fotolar yayılıb.