Sosial

Naxçıvanda 5 yaşı tamam olan uşaqlar bağçadan xaric olunur – VALİDEYNLƏR NARAZIDIR

Naxçıvanda 5 yaşı tamam olan uşaqlar bağçadan xaric olunur – VALİDEYNLƏR NARAZIDIR

Naxçıvan Muxtar Respublikası (MR), Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, bina 25, mənzil 8-də yaşayan Qarayev Səxavət Novruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Elm və Təhsil Nazirliyinə müraciət edir:

“Mən, Qarayev Səxavət Novruz oğlu, qeyd etmək istəyirəm ki, övladım 2019-cu il təvəllüdlü Qarayeva Ayan məktəbəqədər təhsil müəssisəsi olan Naxçıvan şəhər 12 saylı uşaq bağçasında təhsil alır. Bağçanın fəaliyyətində heç bir problem və başqa mənfi cəhətlər olmayıb.

Bağça rəhbərliyindən bildirilib ki, 5 yaşı tamam olan uşaqlar Naxçıvan Təhsil Nazirliyindən gələn məktub əsasında bağçadan xaric ediləcəklər və uşaqlar ümumi təhsil müəssisələrində yaradılacaq qruplarda məktəbəqədər hazırlıq keçəcəkdir. Məktəblərdə məktəbəqədər hazırlıq saat 9:00-da başlayıb, saat 11:00-da bitir. Biz, işləyən valideynlər üçün, bu hal çətinlik yaradır.

Belə ki, əvvəllər bağçada məktəbəqədər hazırlıq qrubları təşkil olunurdu və uşaqlar saat 06:00-a qədər bağçada olurdu. Naxçıvan Təhsil Nazirliyi bildirir ki, uşaqların çoxluğu ilə əlaqədar Fuad Nəcəfli ilə razılaşdırılaraq, 5 yaşı tamam olan uşaqların hamısını bağçadan xaric edirik. Hazırda çox-çox yaxınlığında yaşadığım 14 saylı orta məktəbdə məktəbəqədər hazırlıq qrupu açılmayacaq. Bizə bildirilir ki, 10 nömrəli məktəbdə qrup açılacaq, ora müraciət olunmalıdır. Bu məktəb də yaşadığımız yerdən uzaq məsafədədir.

Bilirsiniz, yuxarıda qeyd etdiyim kimi, məktəbəqədər hazırlıq saat 11:00-a qədərdir. Lap uşağı hansısa məktəbəqədər hazırlıq qruplarına yazdırsaq belə, saat 11-də uşağı məktəbdən götürmək lazımdır. Ancaq biz hər iki valideyn o saatda işdə oluruq. Belə çıxır ki, saat 11-dən sonra uşağa sahib çıxan heç kəs olmur. Xahiş edirik, işləyən hər iki valideynləri də nəzərə alın. Bu ərizəni tək öz adımla yazsam da, bu vəziyyədən narazı olan çox insanlar var”.