Sosial

Koronavirusun yeni ştamı Azərbaycanda aşkarlanıb? - AÇIQLAMA

Koronavirusun yeni ştamı Azərbaycanda aşkarlanıb? - AÇIQLAMA

Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb.

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev məlumat verib.

O bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb.