Siyasət

Azay Quliyevin Şurasında da yoxlamalara başlanıldı

Azay Quliyevin Şurasında da yoxlamalara başlanıldı


Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb.

Bu barədə Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmli bildirib. Onun sözlərinə görə, hazırda yoxlamalar davam etdirilir: "Yoxlamalar başa çatandan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.