Yoluxanların sayı yenə 2000-i keçdi
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2102 yeni yoluxma faktı qeydə alınıb, 863 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Xatırladaq ki, 18 oktyabr 2021-ci il tarixində 1245 yoluxma faktı və 13 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
XXX
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 060 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 456 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 226 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 976 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 249 138 təşkil edir.