Sosial

Noyabrın 8-də bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Noyabrın 8-də bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

8 noyabr - Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Axar.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Məhdudiyyət noyabrın 8-də paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub:

“Yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru, Zəfər Parkına qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar Azneft dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Bundan başqa avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi üçün Bayıl qəsəbəsi daxili küçələri ilə Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub.

Vətəndaşlardan şəxsi minik vasitələrindən istifadə etməməyi xahiş edirik”.