Bakıda yeni marşrut xətti istifadəyə veriləcək
https://cdn.trend.az/2019/10/16/bna_bus_161019_02.jpg
149 və 164 nömrəli müntəzəm marşrutun hərəkət sxemlərində dəyişiklik edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, dəyişiklik əsasında 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi 20-ci sahə, 164 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsi (Mədəniyyət sarayı) olaraq müəyyən edilib.
Bununla yanaşı, Səngəçal qəsəbəsində vətəndaşların ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliyin aradan qaldırılması məqsədilə Səngəçal qəsəbəsi - “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 196 nömrə adı altında yeni şəhərətrafı müntəzəm marşrut təşkil edilib.
Qeyd edək ki, edilən dəyişikliklər oktyabrın 9-dan həyata keçiriləcək.