Sosial

Atasına dərman almaq üçün pambıq yığan şagirdin məktəb direktoru DANIŞDI

Atasına dərman almaq üçün pambıq yığan şagirdin məktəb direktoru DANIŞDI


Ötən gün atasına dərman almaq üçün pambıq toplayan məktəbli ilə bağlı xəbərlər yayıldıqdan sonra tədris aldığı Zərdab Rayon Çallı kənd tam orta məktəbi məsələyə münasibət bildirib.

Məktəbin direktoru Babək Mikayılov bildirib ki, məktəbin 8-ci sinif şagirdi İsayeva Nuriyə Samir qızının dərslərə davamiyyətində heç bir problem yoxdur:

“Şagirdimiz İsayeva Nuriyə Samir qızı məktəblərdə əyani tədris bərpa olunandan, yəni sentyabrın 29-dan etibarən bütün dərslərdə iştirak edir. O, məktəbin əlaçı şagirdlərindən biridir”.

Qeyd edək ki, ötən gün ürəyi xəstə olduğu üçün məktəbli qızın dərslərdən sonra atasının dərmanlarını almaq üçün pambıq yığmağa getdiyi barədə məlumat vermişdik. Ailənin maddi durumu yerində olmadığı üçün S.İsayev dərmanlarını ala bilmir, vəziyyəti ilə bağlı müraciət etdiyi aidiyyəti qurumlardan isə rədd cavabı alıb.

Könül Cəfərli

Oxşar xəbərlər