Gündəm / Bölgə

Göyçay: Məktəbimiz, yolumuz bərbad, baxanımız yoxdur,10 dəqiqəlik yolu 40 dəqiqəyə gedirik,uşaqlar məktəbdən evə bit-birə gətirirlər...!_ŞİKAYƏT

Göyçay: Məktəbimiz, yolumuz bərbad, baxanımız yoxdur,10 dəqiqəlik yolu 40 dəqiqəyə gedirik,uşaqlar məktəbdən evə bit-birə gətirirlər...!_ŞİKAYƏT


Bu, Göyçay rayonunun Aşağı Qaraməryəm kəndinin sakinlərinin arzusudur. Aşağı Qaraməryəmli kənd orta məktəbi 1969-cu ildə istifadəyə verilib. Əvvəllər 8 illik, sonralarsa 11 illik məktəb kimi fəaliyyət göstərib. Sakinlərin deməsinə görə, məktəb bircə dəfə də əsaslı təmir olunmayıb. Elə ona görə də döşəmələri ayaq altdan qaçır, tavanı başa çökür.

“Sabah məktəblər açılsa, uşaqlarımız yenə dərs oxumağa 5-6 kilometr aralıdakı qonşu kəndlərə üz tutacaqlar. Çox istərdik nə qədər ki, pandemiyadır, nə qədər ki, uşaqlar distant təhsildədilər, hökumət fürsətdən istifadə edib kəndin məktəbini əsaslı təmir edəydi”.
“Döşəmənin çürümüş taxtaları arasından ilan çıxır, qurd-quş çıxır… Bu məktəbdə uşaqları dəfələrlə ilan sancıb. Dəhlizlərdə siçovullar adamın ayağının altından qaçır. Dam örtüyü çürüyüb, qular dam örtüyündə yuva salıblar, bit-birə yuxarıdan sinif otaqlarına tökülür. Uşaqlar məktəbə gedən ilk gündən üstündə evə bit-birə gətirir. Əsasən də qızların saçı uzun olur deyə, bit-birələrini təmizləmək çətin olur”.
Məktəbin qazanxanası yoxdur. Qışda sinif otaqlarının istiliyi şagirdlərin edən gətirdikləri odun parçaları hesabına həll olunur. Bütün bu problemlərə görə çoxu uşağını qonşu kəndlərdəki normal şəraiti olan məktəblərə göndərməli olur. Sakinlər deyir, bir neçə il əvvəl hökumət qonşuluqdakı Yuxarı Qaraməryəmli kəndindəki orta məktəbi əsaslı təmir edib, lazım olan avadanlıqlarla, məktəb ləvazimatlarıyla təchiz edib, istədikəri odur ki, bir gün Aşağı Qaraməryəmin də işıqlı, geniş, səliqəli məktəbi olsun.

Məktublar şöbəsi

Oxşar xəbərlər