Kral III Çarlz şahzadə Endryunu saraydan qovdu
Şahzadə Endryunun Bukinqem sarayına girişi qadağan edilib.
Bu qərar Kral III Çarlz tərəfindən verilib.
Jurnalistlərin verdikləri məlumata görə, Endryu kral vəzifələrini yerinə yetirmirdi və özbaşına hərəkət edirdi.
Bununla belə Endryu Sandrinqem sarayında keçiriləcək Milad ziyafətinə qatılacaq.
Bundan əvvəl şahzadənin ətrafında qalmaqal yaranmış, hüquq müdafiəçisi Virciniya Cuffre Endryunun ona təcavüz etdiyini iddia etmişdi. KİV-in məlumatına görə, kral ailəsinin üzvü öz qurbanına 12 milyon funt sterlinq ödədikdən sonra işin məhkəməsiz həllinə nail olunmuşdu.
Buna baxmayaraq Şahzadə Endryu bütün rütbə və titullardan məhrum edilmişdi.
Mənbə: Vesti.ru