Ana səhifə   |    Haqqımızda   |    Reklam

Madrid derbisində "Real" "Atletiko"ya uduzub

İdman
10 May 2022
07:58
Madrid derbisində "Real" "Atletiko"ya uduzub "Atletiko" İspaniya çempionatının 35-ci turunda paytaxt derbisində "Real"ı məğlub edib. Görüş Dieqo Simeonenin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 11-metrlik zərbəni qola çevirən belçikalı yarımmüdafiəçi Yannik Karrasko vurub.
"Atletiko" 64 xal toplayıb və La Liqa turnir cədvəlində üçüncü yerdə olan “Sevilya”dan bir xal geri qalaraq dördüncü yerdə qəərarlaşıb. 81 xalla turnir cədvəlinə başçılıq edən “kral klubu” ötən turda vaxtından əvvəl ölkə çempionu olub.
Növbəti turda Karlo Ançelottinin yetirmələri evdə “Levante” ilə, “Atletiko” isə “Elçe” ilə qarşılaşacaq.