Ana səhifə   |    Haqqımızda   |    Reklam

“Betis”dən “Real”lıya 2 illik müqavilə təklifi

İdman
26 Nis 2022
08:50
“Betis”dən “Real”lıya 2 illik müqavilə təklifi “Real”ın yarımmüdafiəçisi İsko yayda “Betis”ə keçə bilər.
Apasport.az saytına istinadən xəbər veririk ki, La Liqa təmsilçisi ulduz futbolçuya 2 illik müqavilə təklif edib.
“Betis”in baş məşqçisi Manuel Pelleqrini İspaniya millisinin üzvü ilə “Malaqa”da bir yerdə çalışdığından, onu yenidən sərəncamında görmək istəyir. 30 yaşlı pleymeykerlə razılıq əldə olunsa, keçid havayı başa gələcək. Çünki İskonun madridlilərlə müqavilə müddəti mövsümün sonuna qədərdir.
Qeyd edək ki, İsko “Real”ın heyətində 350 oyunda 53 qol vurub, 56 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi “kral klubu” ilə 17 kubok qazanıb.