Siyasət

Rüstəm Muradov niyə Qarabağa gəlir? - 10 noyabrda...

Rüstəm Muradov niyə Qarabağa gəlir? - 10 noyabrda...

Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov bu gün Ermənistana gəlir və noyabrın 10-da Qarabağa gedəcək.

Bu barədə erməni nəşrləri məlumat yayıb.

Bildirilib ki, Rusiya sülhməramlıları Qarabağda yerləşdirilmələrinin ildönümünü qeyd etmək üçün böyük tədbir keçirməyi planlaşdırır.

"Rusiya Müdafiə Nazirliyi sülhməramlılara 200-ə yaxın medal göndərib, onları Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov gətirəcək. Sabah mükafatlandırma mərasimində medallar fərqlənən hərbçilərə təqdim ediləcək" - deyə erməni mətbuatı yazıb.