Siyasət

Gürcüstan Minsk qrupunu əvəzləmək İSTƏYİR

Gürcüstan Minsk qrupunu əvəzləmək İSTƏYİR

Gürcüstan baş naziri İrakli Qaribaşvili Bakı və Yerevana etdiyi səfərlərin nəticəsi barədə danışıb.

korrupsiya.com Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Batumidə jurnalistlər qarşısında çıxış edən siyasətçi Bakı ilə Yerevan arasında vasitəçilik missiyasını “çox uğurlu” adlandırıb.

“Bilirsiniz ki, hər 3 ölkənin, o cümlədən Gürcüatan vacib rol oynayacağı yeni platformanın yaradılması barədə təşəbbüslə çıxış etmişəm. Biz artıq uğurlu presedent yaratmışıq. İyunda mənim səylərim və Azərbaycanla Ermənistan liderlərinin razılığı ilə əsirləri azad etmək və mina xəritələrini Azərbaycana verməyə nail olduq. Bu istiqamətdə çox aktivəm”- deyə Qaribaşvili söyləyib.

İrakli Qaribaşvili qarşıdakı tarixlərdə də Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını üzƏrinə götürməyə hazır olduqlarını söyləyib.

Xatırladaq ki, son 2 həftədə Qaribaşvili həm Bakı, həm də Yerevanda səfərdə olub. Gürcüstanın diplomatik aktivliyi regiona səfərləri gözlənilən ATƏT-in Minsk qrupundan daha çox diqqət çəkir.