Bu karqo bazarına NƏZARƏT varmı? - Vətəndaş ÇARƏSİZ DURUMDA
Artıq elə bir şərait yaranıb ki, vətəndaşlar özlərini karqo şirkətləri qarşısında köməksiz və çarəsiz hiss edirlər. Bunun əksinə, cəzasızlıq və nəzarətsizlik səbəbindən karqo şirkətlərinin ayağı günü gündən yer alır, özbaşınalıqları geniş vüsət alır.
Bəli, yenə də karqolardan şikayət var.
DİA.AZ bildirir ki, "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Kənan Mehdiyev adlı istifadəçi yazır:
" "Starex" vasitəsilə uşağın ad gününə bağlama sifariş etmişdim. Ümid edirəm növbəti ad gününə qədər bizə çatdırılar.
Zarafat bir kənara... qəti şəkildə "Starex"dən istifadə etməyin..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...