STAREX.AZ müştəriləri ƏLƏ SALIR? - GİLEY
"Karqolardan hara şikayət edə bilərik..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Daha sonra narazı qalan müştəri qeyd edir: "Starex.az-dan həftələrdir sifariş edilən maldan xəbər yoxdur. Filiallarına gedirik, satıcı guya nəsə edir... Sonra cavab veriləcəyini deyib yola salır.
Zəng edilir, nömrə işləmir, qısa nömrə qoyulub, yığanda "qudok" səsinə belə pul çıxılır. Şikayətləri veclərinə belə almırlar... "
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...