BNA hələ də narazılıq yaradır... - GİLEY
"Şikayətim BNA-dandır, köhnə dayanacaqları sökdülər lap yaxşı, yeniləri ilə əvəz etdilər... bəs aparatlar hanı?" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rəşad Mürşüdoğlu adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Bir də kartları çox keyfiyyətsiz istəhsal edirlər, təsəvvür edin üstünüzdə nəğd pul yoxdur və siz avtobusa minirsiniz kart işləmir... Məndə yaxşı ki 40 qəpik var idi, verdim birinə keçdim... bəs olmasaydı?
3 manat karta yükləmişdim, kart bərpası yalnız "28 May" ərazisindədir, zamanınızdan ayırmalısınız əlavə ödəniş etməlisiniz (gediş-dönüş) , orda işləyən bir oğlan idi dedim kartlar keyfiyyətsizdir. Borclu mən oldum deyir hələ mən sənin kartını dəyişirəm.. üstündə əzik var, çat olsaydı dəyişməyəcəkdim.... Səhv mənim imiş... digər kartlar bəs niyə zədələnmir? gərək biz 2-3 aydan bir kart dəyişək, balansımı da 1 manat əksik verdi..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...