İqtisadiyyat

Taliban Əfqanıstanda xarici valyutadan istifadəni qadağan etdi

Taliban Əfqanıstanda xarici valyutadan istifadəni qadağan etdi

Əfqanıstanda Taliban hökuməti hal-hazırda valyuta çətinliyi yaşayan ölkədə xarici pullardan istifadə edilməsini qadağan edib.

ABŞ və onun Qərbli müttəfiqləri, Talibanın Avqust ayında Əfqanıstanı nəzarət altına almasından bu yana Əfqan hökumətinin banklardakı ehtiyatlarını dondurub.


Talibanın sözcüsü Zabihullah Mücahid, Əfqan xalqından, biznesmen, tacir və iş insanlarından "ölkənin milli mənfəətləri və iqtisadiyyatın dəstəklənilməsi üçün" hər cür əməliyyatlarda yerli pul vahidindən istifadə edilməsini istəyib.

Xarici valyuta istifadəsinin ölkə iqtisadiyyatı üçün zərərli olduğunu qeyd edən sözcü, qadağanı pozanların cəzalandırılacağını bildirib.

Valyuta qadağasının xaricindən ölkəyə edilən insani yardımların də kəsilməsinə səbəb ola biləcəyi ifadə edilir.