Hadisə

25 yaşlı jurnalist koronavirusdan vəfat etdi

25 yaşlı jurnalist koronavirusdan vəfat etdi

Azərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) koronavirusdan vəfat edib.

Bu barədə “Report”a mərhumun yaxınları məlumat veriblər.

25 yaşlı N.Ağa İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Artıq yaxınları bunun üçün Türkiyəyə gediblər.

Qeyd edək ki, o, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış.

Xatırladaq ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.