Vətəndaş iddia edir - Tural İsmayılov Siyəzən rayon polis idarəsində döyülərək öldürülüb - Video+Foto fakt
Siyəzən rayon sakini Ruslan Quliyev yenidən Azinfo.tv və Kendtv.info saytlarına müraciət edib.
Ruslan Quliyev iddia edir ki, rayon sakini 1990-ci il təvəllüdlü İsmayılov Tural Ənvər oğlu 02 avqust 2021-ci il tarixindən 03 avqust 2021- ci il tarixinə keçən gecə Siyəzən rayon polis idarəsində polis əməkdaşları tərəfindən döyülərək öldürülüb.
Siyəzən rayon polis idarəsinin narkotiklərə qarşı mübarizə bölməsinin əməlliyatçısı Xəyyam Əzizov, cinayət axtarış bölməsinin rəisi Fikrət adlı polis məmuru, polis çavuşu Cavad adlı şəxs, Nicat adlı polis çavuşu və sairləri, İsmayılov Tural Ənvər oğlunun yaşadığı ünvana gələrək onu narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində polis idarəsinə aparıblar. Həmin gecə 2-dən, 3-nə keçən gecə saat 00:28 radələrində polis əməkdaşları tərəfindən amansızlıqla döyülən Tural İsmayılov aldığı xəsarətlərdən elə polis idarəsində dünyasını dəyişmişdir. Həmin gecə meyiti Bakıya aparmışlar və məhkəmə tibbi ekspertizasının saxta rəyi alındıqdan sonra mərhumun meyiti dəfn olunmaq üçün yaxınlarına təhvil verilmişdir.
Ruslan Quliyev və mərhumun yaxınları ölkə başçısından, birinci vitse prezident Mehriban Əliyevadan, baş prokuror və sair dövlət qurumlarından təcili kömək istəyir və günahkarların cəzalandırılmasını tələb edirlər.
Sonda Ruslan Quliyevin video müraciət və mərhuma aid fotolar və videonu təqdim edirik.
Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Elçin İsmayıllı.