Gündəm / Araşdırma / Bölgə / Video

Siyəzəndə mərhum Tural İsmayılovun ölümü ilə bağlı ittihamlar səngimir - Video

Siyəzəndə mərhum Tural İsmayılovun ölümü ilə bağlı ittihamlar səngimir - Video


Siyəzən rayon sakini Ruslan Quliyev yenidən video müraciət edərək dövlət başçısından kömək istəyir.
Möhtərəm prezident! Mən KİV vasitəsilə sizə müraciət edərək 02 avqust 2021-ci il tarixində Siyəzən rayon polis idarəsində döyülərək öldürülmüş Tural İsmayılovun ailəsinə kömək etmənizi istəmişəm. Çünki Tural İsmayılovu Siyəzən rayon polis idarəsinin əməkdaşları CAB-IN rəisi Fikrət, narkotiklərlə mübarizə bölməsinin əməlliyatçısı Xəyyam Əzizov, çavuş Cavad və Çavuş Nicat adlı şəxslər gələrək evindən sağ-salamat aparmış və işgəncə verərək öldürmüşlər. Mərhumun bədənində onlarla xəsarət izi var və bunu gizlətmək mümkün deyil.



Rayon polis idarəsinin adı çəkilən əməkdaşları hazırda işi ört-basdır etmək üçün saxta sənədlər toplamaqla məşğuldur. Onlar mərhumun atası Ənvər İsmayılovu çağırıb ona bu işi ört-basdır etmək üçün pul da təklif ediblər.
İcra başçısı Novruz Novruzov mərhumun atası Ənvər İsmayılovu çağırıb deyib ki, eşitdiyimə görə oğlunuz narkotikadan ölüb.
Əslində isə işin düzgün araşdırılması üçün heç bir tədbir görülmür. Siyəzən polisi daxili işlər nazirliyinin mətbuat xidmətinə, şəxsən Elşad Hacıyev cənablarına yalan məlumat veriblər ki, güya mərhum Tural İsmayılov norkotik qəbulundan ölüb. Bizdə hətta tibbi ekspertizanın saxta rəyi də var ki, bunlar işi necə bağlamaq istəyirlər.
Cənab prezident! Sizdən artıq dərəcədə xahiş edirik ki, bu məsələnin düzgün şəkildə araşdırılması üçün baş prokurorluğa, şəxsən Kamran Əliyev cənablarına göstəriş verəsiniz.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Sonda videonu izləyin və paylaşın. Rəylərinizi yazın, kanalımıza abunə olmağı unutmayın.

Ruslan Quliyev. Siyəzən sakini.

Oxşar xəbərlər