Anar Eyvazov: “Komissiyaya “Veteran adı” və ya “Veteran kitabçası"nın təqdimi səlahiyyəti verilməyib
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə baxılması üçün yaradılmış komissiyaya “Veteran adı” və ya “Veteran kitabçası"nın təqdim edilməsi səlahiyyəti verilməyib.
APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə deyib.
O, qeyd edib ki, vətəndaşlarımızdan xahiş olunur ki, bu məsələ ilə bağlı komissiyaya müraciət etməsinlər.
Sail Ağasəlim