Adi bələdiyyə sədri necə OLİQARXA ÇEVRİLDİ - İDDİA
Bələdiyyələr dünyada yerli özünüidarəetmə qurumu kimi böyük səlahiyyətlərə malikdir.
Təəssüf ki, ölkəmizdə bələdiyyələr ancaq “torpaq satan” qurum kimi ad çıxarıb.
Bələdiyyə üzvlərinin və sədrlərini çoxunun hətta ali təhsili yoxdur. Onda ortaya haqqlı sual çıxır. Görəsən ali təhsili olmayan bu şəxslərə vətəndaşlar necə səs veriblər ?
Bunların çoxunun nəinki ali, heç normal təhsili yoxdur.
Belə bələdiyyə sədrlərindən biri də Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədri Hüseynov Mirbaba Miri oğludur.
Mirbaba Hüseynov əvvəllər Xəzər rayonundakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında “zavxoz”, yəni təsərrüfat işləri üzrə müdir olub.
Mərdəkan camaatı Mirbabanı “prostina”, yəni mələfə sata kimi tanıyırdı. Bu adam xəstələr üçün dövlətin ayırdığı “prostina”ları satır, xəstələri köhnə mələfələrlə möhtac edirdi.
Sonuncu bələdiyyə seçkilərində Mirbaba Mərdəkan bələdiyyəsindən namizədliyini vermişdi.
Seçkinin gedişatında Mirbabanın xeyrinə o qədər saxtakarlıq olmuşdu ki, hətta sosial şəbəkələrdə Mirbabanın videosu yayılmışdı.
Bəli, “prostina” satan Mirbaba saxta yolla nəinki bələdiyyə üzvü, hətta bələdiyyə sədri oldu.
Bələdiyyə sədri olan kimi Mərdəkanın ən münbit və bahalı torpaqlarını satmağa başladı. Və qısa vaxtda Mirbaba sözün həqiqi mənasında milyonçuya çevrildi. Bu adam az qala Mərdəkanın yarısını özününküləşdirib. Acsess bank, Oba market,Hovuz inşaat,Mebel sexləri bu adamındır. AA seriyalı Panorama sürür.
Mirbaba yaşının çox olmasına baxmayaraq hələ də subaydır. Deyir subaylıq sultanlıqdır.
Beləcə, Mirbaba “prostina” sata-sata milyonçuya çevrilib.
Mirbaba Hüseynovla bağlı 2019-cu ilin sentyabr ayında Xəzər rayon məhkəməsində məhkəmə prosesi olub.
Bu barədə növbəti sayımızda.
P.S. Yəqin ki, müvafiq orqanlar yoxlama apararsa, Mirbaba həbsxana həyatı yaşayacaq. //gundelik-baku.com//