Cavid Qurbanov milyonluq əmlakını satır - İDDİA
“Azərbaycan Dəmiryolları” QSC sədri Cavid Qurbanov əmlaklarını satır. TİA.Az-a verilən məlumata görə, C. Qurbanov “Azərreyl” voleybol klubuna aid Biləcəridə yerləşən təlim-məşq bazasını satışa çıxarıb.
Həmin bazanın milyonlarla dəyəri olduğu deyilir. Onun “Topaz” bukmeyker bazarından da əlini çəkdiyi bildirilir. Yeni yaranan “Azərlotoreya” bukmeyker oyunları türklərə verildikdən sonra “Topaz” bu bazarda mövqelərini itirib.
C. Qurbanovun futbol qumarı işlərinə QSC-də maliyyə şöbəsindən Vəsilə Abdulova nəzarət edirdi. C. Qurbanov bukmeyker biznesini də əlindən çıxarır və bu sahədə ciddi uğur qaza bilmədi. Bu barədə ayrıca araşdırma təqdim edəcəyik.