Gündəm

SON DƏQİQƏ! Əhaliyə vurulacaq peyvəndin mənfi təsirləri AÇIQLANDI

SON DƏQİQƏ! Əhaliyə vurulacaq peyvəndin mənfi təsirləri AÇIQLANDI




Türkiyə Səhiyyə Nazirliyi Elmi Komitə üzvü və yoluxucu xəstəliklər üzrə professor Yeşim Taşova Çindən gətirilən “CoronaVac” peyvəndinin əlavə təsirlərini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, professor bildirib ki, peyvənddən sonra qolda ağrı, istilik, şişkinlik, başda ağrı ola bilər.
Onun sözlərinə görə, ağızda quruluq və metal dadının gəlməsi də əlavə təsirlərin göstəricisidir.

Eyni zamanda, infeksionist yorğunluq və halsızlıq kimi lokal simptomların yaşana biləcəyini də qeyd edib.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən vaksinasiyaya start veriləcək. Ölkəmizdə də “CoronaVac” peyvəndindən istifadə olunacaq.

Oxşar xəbərlər