Gündəm

Həbsdə olan “sabiq general”ın oğlu Novxanıda “at oynadır”: “Bizim olan bizim də qalacaq!”

Həbsdə olan “sabiq general”ın oğlu Novxanıda “at oynadır”: “Bizim olan bizim də qalacaq!”

Keçmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış
sabiq general-mayor Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev Novxanıda “at oynadır”.
Bir müddət bundan öncə atasının Novxanıakı villasını hərrac yolu ilə 1 milyon 174 milyon
manata alan Elgün Şıxəliyev, son bir aydır ki, bu villada yaxın qohum və dostlarına qonaqlıqlar
verməkdə, ziyafətlər təşkil etməkdədir. Bu ziyafətlərin birində atasının həbsdən çıxacağını və
əvvəlki gücünü bərpa edəcəyini bildirən Elgün Şıxəliyev, sahib olduqları əmlakları kimsəyə
güzəştə getməyəcəklərini bildirib. O, qeyd edib ki, Novxanıdakı bu villanı hərrac yolu ilə alaraq
yenidən əmlaklarının sırasına daxil etmək onun üçün şərəf işi olub. Elgün Şıxəliyev söyləyib ki,
hansı yolla əldə edilməsindən asılı olmayaraq, onların kimsəyə nə isə vermək niyyətləri yoxdur.
O, bildirib ki, “bizim olan bizim də qalacaq!”.
Bizneslərini genişləndirməkdə, yeni əlaqələr qurmaqda davam etdiyini bildirən Elgün Şıxəliyev
atasını həbsdən çıxarmaq və düşmənlərlə hesablaşmaq üçün bütün gərəkli addımları atacağını
vurğulayıb.
Xatırladaq ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun özünün və
ailə üzvlərinin adına rəsmiləşdirilmiş 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib.
Prezidentin sərəncamı ilə Mövlam Şixəliyev "general-mayor" rütbəsindən və dövlət təltiflərindən
də məhrum olunub.

Həbsdə olan “sabiq general”ın oğlu Novxanıda “at oynadır”: “Bizim olan bizim də qalacaq!”