"Uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər" - ETİRAZ
82 saylı körpələr evi-uşaq bağçasından narazılıq var...
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Valideynlərdən biri bildirilib ki, aprel ayından bu yana bağça onların şikayətlərini ciddiyə almır:
“Hər dəfə direktorla görüşmək istəsəsək də, direktorun gah işdə olmadığını, gah da məzuniyyətdə olduğunu əsas gətirirlər. Bağça dövlətindir, amma buna baxmayaraq, bağçanı sahiblənib, uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər. Bağçaya gələn uşaqların valideynlərindən Azərbaycan bölməsi üzrə 80 manat, rus bölməsi üzrə isə 100 manat tələb olunur. Əgər uşaq bir ay bağçaya getməsə belə, valideyn bu məbləğin yarı hissəsini ödəməlidir. Bunlardan əlavə, bağçada istifadə olunan təmizlik vasitələrini valideynlərdən tələb edirlər”.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən Korrupsiya.com-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılacaq:
“Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.